“TCG Anadolu”dan havaya qalxan “Bayraktar TB3” hədəfi dəqiq vurdu

2025/05/1747125464.jpg
Oxunub: 574     12:34     13 May 2025    
“Bayraktar TB3” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) “Denizkurdu-II 2025” təlimi çərçivəsində “TCG Anadolu” gəmisindən havaya qalxaraq, yerüstü hədəfə atəş açıb.

Ordu.az xəbər verir ki, “Bayraktar TB3” zərbə PUA-sının MAM-L sursatı ilə etdiyi atış hədəfi dəqiqliklə məhv edib.

Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Şərqi Aralıq dənizində Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən həyata keçirilən “Denizkurdu-II 2025” təlimində iştirak edən “Bayraktar TB3” təlim çərçivəsində yerüstü hədəfə qarşı atış icra edib.

Bu inkişaf qısa uçuş-enmə zolaqlı gəmilərdən zərbə PUA-sı əməliyyatlarının imkanlarının artırılmasında kritik mərhələ hesab olunur.

Dünya aviasiya tarixində qısa uçuş-enmə zolaqlı bir gəmidən qalxıb enə bilən ilk PUA olan “Bayraktar TB3”ün iki prototipi (PT-3 və PT-4) daha əvvəl “TCG Anadolu” gəmisinə ardıcıl olaraq enmə və qalxma icra edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TCG-Anadolu   Bayraktar-TB3  


Bizi "telegram"da izləyin