Aİ ölkələri sabah Rusiyaya qarşı 17-ci sanksiya paketini razılaşdırmaq niyyətindədir

2025/05/34743-1747118792.jpg
Oxunub: 403     10:24     13 May 2025    
Avropa İttifaqı (Aİ) ölkələri çərşənbə günü Rusiyaya qarşı 17-ci sanksiya paketini qəti şəkildə razılaşdırmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti avropalı diplomatlara istinadən yazır.

Bildirilib ki, əgər çərşənbə günü sanksiya paketini razılaşdırmaq mümkün olsa, Aİ ölkələrinin XİN başçıları gələn həftə onu təsdiqləyəcəklər.

Diplomatların sözlərinə görə, birliyin 27 üzv ölkəsinin nümayəndələri bazar ertəsi yeni məhdudlaşdırıcı tədbirləri "əhəmiyyətli dərəcədə" razılaşdırıblar.

Bazar ertəsi Brüsseldə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclası keçirilib.

Daha əvvəl Avropa Komissiyasının 60 fiziki şəxs və təşkilatın, həmçinin Rusiya neftini daşıyan 150 tankerin qara siyahıya daxil edilməsini təklif etdiyi bildirilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin