Danimarka “Saildrone” İDP-sini sınaqdan keçirəcək

2025/05/1747036650.jpg
Oxunub: 527     16:56     23 May 2025    
Danimarka Silahlı Qüvvələri 2025-ci ilin yayında ölkənin ərazi sularında 4 ədəd “Saildrone” insansız dəniz platforması ilə hərtərəfli əməliyyat sınaq mərhələsinə başlayacaq.

Ordu.az xəbər verir ki, sınaqların iyun ayında başlaması planlaşdırılır.

Bu yeni təşəbbüs Danimarka ordusunun innovativ və davamlı texnologiyalarla dənizdə müşahidə və kəşfiyyat toplama imkanlarını artırmaq hədəfinin bir hissəsi kimi qəbul edilir.

Sınaqlar Baltik dənizi, Şimal dənizi və Avropa Arktika regionlarında artan təhlükəsizlik təhdidlərinə cavab olaraq hazırlanıb.

“Saildrone Voyager” model platformalar külək və günəş enerjisi ilə işləyən tam avtonom sistemlərdir və ekipaj olmadan aylar ərzində həyata keçirilən missiyaları yerinə yetirə bilir.

Üstün sensor sistemləri və süni zəka dəstəkli məlumat emal imkanları sayəsində Danimarkanın dəniz nəzarəti qabiliyyətinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Saildrone   İDP  


Bizi "telegram"da izləyin