Ordu.az xəbər verir ki, yerüstü rele stansiyaları ABŞ Kosmik Qüvvələrinin yerüstü peyk sisteminin modernləşdirilməsi strategiyasını dəstəkləmək üçün nəzərdə tutulub.
Stansiyalar “Next-Gen OPIR” geosinxron orbit kosmik gəmisini dəstəkləmək üçün rabitə və məlumat ötürmə imkanlarını təmin edəcək.
Sistem “Northrop Grumman”ın proqram təminatı ilə müəyyən edilmiş portativ yerüstü sistem arxitekturasından istifadə edəcək. Bu arxitekturaya antena, radiotezlik və kiber texnologiyalar daxildir.
“Northrop Grumman” əvvəlki müqavilə əsasında ilk yerüstü rele stansiyasını hazırlayıb təhvil verib.
Sevinc Əliyeva
Ordu.az