Ukrayna ordusu Rusiyanın “Strela” zavodunu məhv edib

2025/05/1746351091.jpg
Oxunub: 674     13:26     04 May 2025    
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Suzemski rayonundakı “Strela” zavodunu “Qrad” MLRS-dən istifadə edərək atəşə tutub.

Ordu.az-ın "Mash" teleqram kanalına istinadən verdiyi məlumata görə, atəş nəticəsində iki mühafizəçi yüngül xəsarət alıb.

İlkin məlumata görə, zərbələr zavodu tamamilə məhv edib.

RBC-Ukraynanın məlumatına görə, bu zavod Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlıdır.

Obyekt transformatorların, boğucuların, hamar gərginlik tənzimləməli avtotransformatorların, induksiya rulonlarının və müdaxilənin qarşısını alan filtrlərin istehsalında ixtisaslaşıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin