Pakistan ballistik raketi uğurla sınaqdan keçirib

2025/05/1746334727.jpg
Oxunub: 806     09:06     04 May 2025    
Pakistan şənbə günü "Abdali" ballistik raketini sınaqdan keçirib.

Ordu.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi Pakistan ordusuna istinadən xəbər verib.

Məlumata əsasən, “yer-yer” tipli raketin uçuş məsafəsi 450 km təşkil edib.

Pakistan ordusu bildirib ki, buraxılış raketin təkmil naviqasiya sistemi və təkmilləşdirilmiş manevr qabiliyyəti də daxil olmaqla “qoşunların əməliyyat hazırlığını və əsas texniki parametrlərini” yoxlamaq məqsədi daşıyır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Sınaq   Raket  


Bizi "telegram"da izləyin