Serbiya prezidenti xəstəxanadan evə buraxılıb

2025/03/1743135813.jpg
Oxunub: 566     03:45     04 May 2025    
Serbiya prezidenti Aleksandar Vuçiç tibb müəssisəsini tərk edərək yaxın günlər üçün bütün planlarını ləğv edib. Sağalanda dövlət başçısı özü ictimaiyyətə müraciət edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə baş nazirin birinci müavini və maliyyə naziri Sinişa Mali Serbiyanın Radio və Televiziyasına deyib.

"O, saat 17:00-dan sonra Hərbi Tibb Akademiyasını tərk edib. Onunla danışdım - deyir ki, özünü daha yaxşı hiss edir. Prezident özünü daha yaxşı hiss edir. O, bunun Serbiyanın bütün vətəndaşlarına çatdırılmasını xahiş edib. Gəlin ona bir neçə gün istirahət verək. Ona istirahət rejimi təyin olunduğu üçün növbəti bir neçə gün ərzində bütün fəaliyyətlərini ləğv edib", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Vuçiç  


Bizi "telegram"da izləyin