Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iranlılar saxlanılıb

2025/05/1746334366.jpg
Oxunub: 748     09:02     04 May 2025    
Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfəri saxlayıb, onlardan 4-ü İran vətəndaşıdır.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə London Polisinin Mətbuat xidməti məlumat yayıb.

"Terrorla mübarizə üzrə Polis İdarəsi aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində terror cinayətlərində şübhəli bilinən 5 nəfəri saxlayıb. Onların hamısı terror aktı hazırlamaqda şübhəli bilinir. Həmin şəxslərdən 4-ü iranlıdır", - polisin açıqlamasında deyilir.

Qeyd olunur ki, saxlanılan 5-ci şəxsin etnik mənsubiyyəti müəyyənləşdirilir. Bu kişilər 29-46 yaşlarındadır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq çərçivəsində London, Suindon və Böyük Mançesterdə axtarışlar aparır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Terror  


Bizi "telegram"da izləyin