Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqaiyə istinadən məlumat yayıb.
Bazar ertəsi, mayın 5-də Əraqçi Pakistana səfər edəcək, orada ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək, onlarla ikitərəfli münasibətləri, eləcə də regiondakı vəziyyəti müzakirə edəcək. Bundan sonra o, Hindistana gedəcək.
Aprelin 25-də İranın xarici işlər naziri bəyan edib ki, İslam Respublikası hazırkı vəziyyətdə Hindistan və Pakistana qarşılıqlı anlaşma tapmağa kömək etməyə hazırdır.
Ordu.az