Tibor Qaspar: "Slovakiya Ukraynaya nə silah tədarükünü, nə də qoşun göndərilməsini dəstəkləyəcək"

2025/01/1737291610.jpg
Oxunub: 444     16:19     03 May 2025    
Slovakiya Ukraynaya nə silah tədarükünü, nə də hərbi kontingentin göndərilməsini dəstəkləyəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar məlumat verib.

“Slovakiyanın aydın mövqeyi var, o da ondan ibarətdir ki, biz Ukraynaya növbəti silah tədarükünü dəstəkləmək istəmirik. Hümanitar məsələlərdə isə hər iki tərəfə kömək etməyə, mülki məqsədlərə xidmət edə biləcək avadanlıqlar verməyə hazırıq. Bu “istəklilərin koalisiyasında” iştirak etmək və öz hərbi qulluqçularımızı, fikrimcə, münaqişənin gərginləşməsinə xidmət edən cəhdlərə cəlb etmək istəmirik”, - deyə parlamentin vitse-spikeri bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaspar   Slovakiya   Ukrayna  


Bizi "telegram"da izləyin