TUSAŞ-ın baş direktoru: “Türkiyə HHQ üçün artıq 16 təyyarə istehsal edirik”

2025/05/1746261746.jpg
Oxunub: 523     16:41     03 May 2025    
TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu Şimali Kipr Türk Respublikasında keçirilən TEKNOFEST-də çıxış edib.

Ordu.az xəbər verir ki, “Hürjet”in sınaqlarının davam etdiyini bildirən Demiroğlu kütləvi istehsala başlanıldığını və Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) üçün 16 təyyarənin istehsal ediləcəyini açıqlayıb.

“Hürjet”in iki prototiplə uçuşlarını davam etdirdiyini deyən Demiroğlu qeyd edib:

“Hürjet” iki prototiplə uçuşlarını davam etdirir. Təxminən 200 uçuşa çatdıq. Bunlar daha da artacaq. Bura gətirməyimizin səbəbi odur ki, o sınaqlar sürətlə davam edir. İnşallah, IDEF-də mütləq birini görəcəyik və ikisinin də uçduğunu görə bilərik. Dostlarımız işləyir”.

Demiroğlu Türkiyə HHQ üçün cəmi 16 ədəd “Hürjet” istehsal edildiyini bildirib.

“Türkiyə HHQ üçün artıq 16 təyyarə istehsal edirik. Deyə bilərəm ki, kütləvi istehsalımız da başlayıb. Türkiyə HHQ-dən daha ciddi sifariş gözləyirik. Ümid edirik ki, bu il ərzində yekunlaşacaq”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   TUSAŞ  


Bizi "telegram"da izləyin