Ukrayna hərbçiləri Londonda Qələbə günü münasibətilə keçiriləcək paradda iştirak edəcəklər

2025/05/1746260491.jpg
Oxunub: 414     12:00     03 May 2025    
Ukrayna Silahlı Qüvvələri Böyük Britaniyada Qələbə günü münasibətilə keçiriləcək paradda iştirak edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

"Mayın 6-da Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Avropada Qələbə Gününün (VE Day) 80-ci ildönümü münasibətilə Londonda keçiriləcək böyük hərbi yürüşdə iştirak edəcəklər", - məlumatda bildirilib.

Londonda xatirə tədbirləri çərçivəsində hərbi parad, aviaşou və Vestminster Abbatlığında təntənəli mərasimin keçirilməsi planlaşdırılır. Bu mərasimdə kral ailəsi nümayəndələrinin iştirakı gözlənilir.

Mərasimə həmçinin Avstraliya, Kanada və Yeni Zelandiyadan hərbçilər də qatılacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   London   Qələbə-günü  


Bizi "telegram"da izləyin