Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi “Castellum” müstəqil analitik portalının məlumatına əsasən bildirib.
Belə ki, 2025-ci ilin aprel ayının sonuna olan vəziyyətə görə, təxminən 28 937 qeyri-ticarət sanksiyası tətbiq edilib. Bunların 92 %-i 2022-ci ilin fevral ayının sonundan tətbiq edilən sanksiyalara aiddir.
Ən çox məhdudiyyət ABŞ tərəfindən (bütün sanksiyaların 25,5 %-i və ya 7 384) tətbiq edilib. İlk üçlüyə 12,6 % payla Kanada (3 639) və 11,3 % payla İsveçrə (3 266) daxildir.
Növbəti pillələrdə təxminən 2 678 məhdudiyyət (9,3 %) tətbiq edən Norveç, artıq 17-ci sanksiya paketini hazırlayan Aİ (2 482, 8,6 %) və Avropa sanksiyalarını təkrarlayan İslandiya (2 482, 8,6 %), eləcə də Böyük Britaniya (2 078, 7,2 %) gəlir.
İlk onluğu 1 860 sanksiya (6,4 %) ilə Yeni Zelandiya, 1 598 sanksiya (5,5%) ilə Avstraliya və 1 441 sanksiya (5 %) ilə Yaponiya bağlayıb.
Ordu.az