Reuters: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

2025/05/1746247190.jpg
Oxunub: 383     07:41     03 May 2025    
Birləşmiş Ştatlar Ukraynaya qarşı müharibənin başa çatması üçün danışıqlar zamanı Rusiyaya təzyiqi artırmaq məqsədilə yeni anti-Rusiya sanksiyalar paketi hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən bildirib.

Onların məlumatına görə, yeni iqtisadi sanksiyalar paketinə bank və enerji sahələrində məhdudiyyətlər daxil ola bilər.

Agentlik qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə razılaşıb-razılaşmayacağı hələ aydın deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin