Ordu.az xəbər verir ki, Tramp bunu NBC telekanalına müsahibəsində deyib.
"Hər şey baş verə bilər. Amma mən düşünürəm ki, biz ölkə tarixində ən güclü iqtisadiyyata sahib olacağıq", – o deyib.
Tramp əlavə edib ki, onu bu məsələ narahat etmir. Çünki ABŞ iqtisadiyyatı keçid dövründədir. Onun fikrincə ölkə iqtisadiyyatı bu dövrdən əla vəziyyətdə çıxacaq.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın sabiq maliyyə naziri Canet Yellen “Financial Times” qəzetinə müsahibəsi zamanı Trampın ticarət siyasəti və tətbiq etdiyi rüsumlar səbəbilə ABŞ-ı tənəzzül təhlükəsi gözlədiyini demişdi.
Ordu.az