ABŞ Ukraynaya F-16 avadanlıqlarının satışını təsdiqləyib

2025/05/1746246108.jpg
Oxunub: 368     01:00     03 May 2025    
ABŞ Dövlət Departamenti F-16 təlim və texniki dəstək kimi xidmətlərin, həmçinin müvafiq avadanlıqların Ukraynaya 310,5 milyon dollara satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) saytında məlumat verilib.

Məlumatda qərarın ABŞ Konqresi tərəfindən təsdiqlənməli olduğu bildirilir.

Qeyd olunan paketə təyyarələrin modifikasiyası və modernləşdirilməsi, kadr hazırlığı, istismar və texniki xidmət, ehtiyat hissələri və istehlak materialları, yerüstü avadanlıqların təmiri və təchizatı, proqram təminatına dəstək, məxfi və məxfi olmayan sənədlərin, nəşrlərin və texniki məlumatların ötürülməsi, tədqiqat və araşdırmaların aparılması, ABŞ hökuməti və podratçılar tərəfindən mühəndislik, texniki və logistika xidmətləri daxildir.

“Reuters“in məlumatına görə, əsas podratçılar arasında “Lockheed Martin Aeronautic”, “BAE Systems” və “AAR Corporation” kimi şirkətlər var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin