Pakistan Kəşmirdəki terror aktının araşdırılmasına dair təkliflə çıxış edib

2020/04/852-1586759741.jpg
Oxunub: 450     18:20     02 May 2025    
Pakistan Kəşmirdəki terror aktı ilə bağlı şəffaf, qərəzsiz araşdırma aparmaq niyyətində olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Attaulla Tarar “RİA Novosti”yə bildirib.

Məlumata görə, bu araşdırmanı nüfuzlu beynəlxalq qurum həyata keçirə bilər.

"Pakistan bu məsələ ilə bağlı şəffaf, qərəzsiz araşdırma aparmaq niyyətini çox aydın şəkildə ifadə edib. Bu, istənilən beynəlxalq forumda, istənilən etibarlı forumda ola bilər", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Kəşmir  


Bizi "telegram"da izləyin