Ordu.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin rəsmi internet saytında məlumat yayılıb.
Ratifikasiya ilə bağlı qanun layihəsi ilə yanaşı, Ali Radaya həmin müqavilənin tam mətni də təqdim olunub.
“Hökumət parlamentarilərin sazişi tez bir zamanda ratifikasiya etməklə dəstək olacağına ümid edir”, - deyə Ukraynanın baş naziri Denis Şmıqal “Telegram” kanalında yazıb.
Bundan əvvəl parlamentin deputatlarından olan Yaroslav Jeleznyak, ratifikasiya ilə bağlı səsvermənin mayın 8-nə planlaşdırıldığını bildirmişdi.
Ordu.az