Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib

2025/05/1746177273.jpg
Oxunub: 389     13:05     02 May 2025    
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib.

Ordu.az DW-ə istinadən bildirir ki, Almaniyanın ən populyar partiyalarından biri olan AfD ölkənin daxili kəşfiyyat idarəsi tərəfindən demokratiyanı təhdid edən ekstremist təşkilat kimi tanınıb.

Almaniyanın konstitusiya quruluşunun qorunmasına cavabdeh olan BfV daxili kəşfiyyat agentliyi bildirib ki, bu elan “sıx və hərtərəfli” tədqiqatdan sonra verilib.

Qeyd edilib ki, "Partiya daxilində üstünlük təşkil edən insanların etnik mənsubiyyətinə və mənşəyə əsaslanan konsepsiyası azad demokratik nizama uyğun gəlmir".

Bu, müəyyən əhali qruplarını cəmiyyətdə bərabər iştirakdan kənarlaşdırmaq, konstitusiyanı pozan rəftara məruz qoymaq və bununla da onlara hüquqi cəhətdən daha aşağı status vermək məqsədi daşıyır”. Onların etnik münasibəti irqçi bəyanatlarda, xüsusən də mühacirlərə və müsəlmanlara qarşı öz əksini tapır” , - daxili işlər naziri Nensi Faeser bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   AfD-partiya   Ekstremist  


Bizi "telegram"da izləyin