Fransa İraqa helikopterlər çatdırır

2025/05/2025--1746176976.jpg
Oxunub: 563     17:08     03 May 2025    
İraq Fransanın Marinyan şəhərindəki “Airbus” zavodunda istehsal edilən ilk iki “H225M Caracal” helikopterini təhvil alıb.

Ordu.az xəbər verir ki, 2025-ci il aprelin 30-da İraq Fransanın Marinyan şəhərindəki “Airbus” müəssisəsində istehsal olunan ilk iki “H225M Caracal” helikopterini təhvil alıb.

İraqın müdafiə naziri Tabet Məhəmməd Səid əl-Abbasinin də iştirak etdiyi mərasimdə helikopterlər rəsmi olaraq İraq Ordusu Aviasiya Komandanlığına təhvil verilib.

Bu çərçivədə helikopterlərin İraq Ordusu Aviasiyasının idarə etdiyi köhnə “Mil Mi-17” helikopterlərini əvəz edəcəyi gözlənilir.

“H225M Caracal” taktiki qoşunların daşınması, xüsusi əməliyyatlar, terrorla mübarizə, yerüstü yanğın dəstəyi, tibbi təxliyə və döyüş axtarış-xilasetmə kimi bir çox rollar üçün nəzərdə tutulub.

Bundan əlavə, “Army Recognition”ın məlumatına görə, “Airbus Helicopters” təhvil verilən helikopterlərin qeyri-müəyyən hissəsinin “HForce GWS” (General Weapon System) ilə təchiz ediləcəyini təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İraq   Helikopter  


Bizi "telegram"da izləyin