Fransanın yerli HIMARS alternativi tezliklə təqdim ediləcək

2025/05/1746176027.jpg
Oxunub: 478     15:33     03 May 2025    
Fransanın müdafiə şirkəti “Turgis Gaillard” iyunun 16-22-də Le-Burjedə keçiriləcək “Paris Air Show”da tamamilə yerli istehsal olaraq inkişaf etdirdiyi yeni Yaylım Atəşli Reaktiv Sistem (YARS) “Foudre”ni ilk dəfə ictimaiyyətə təqdim edəcək.

Ordu.az xəbər verir ki, iki il ərzində məxfi şəkildə inkişaf etdirilən YARS Fransa müdafiə sənayesinin ABŞ istehsalı olan HIMARS-ın üstünlük təşkil etdiyi sahəyə strateji bir girişi hesab edilir.

Üç oxlu yük maşını şassisinə quraşdırılmış və zirehli kabinəyə malik olan “Foudre” tək bir altı raketlik buraxılış modulunu daşıyır.

Fransa jurnalı “Challenges” tərəfindən dərc edilən ilk prototip şəkilləri sistemin HIMARS ilə təəccüblü oxşarlıqlar daşıdığını ortaya qoyub.

Fransa şirkəti sistemin “100% yerli istehsal” olduğunu vurğulasa da, buraxılış qurğusunun dizaynı ABŞ-nin sursatları ilə mümkün uyğunluq ehtimalını artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   HIMARS  


Bizi "telegram"da izləyin