ABŞ ehtiyat hissələri üçün istismardan çıxarılmış F-16-ları Ukraynaya göndərir

2025/05/1746175159.jpg
Oxunub: 553     16:38     02 May 2025    
ABŞ parkın davamlılığını təmin etmək üçün Avropa ölkələrinin F-16 döyüş təyyarələrindən istifadə edən Ukraynaya istismardan çıxarılmış, yararsız F-16 təyyarələri verməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "The War Zone" məlumat yayıb.

Arizona ştatının Tuson Beynəlxalq Hava Limanında çəkilən və sosial mediada yayılan fotolarda qanadları, mühərrikləri və radar burunları çıxarılan 3 F-16-nın Ukraynaya məxsus "Antonov An-124" təyyarəsinə yükləndiyi əks olunub.

Uçuş izləmə məlumatları təsdiq edib ki, təyyarə aprelin 26-da Polşanın "Rzeszów-Jasionka" hava limanına enib.

ABŞ Hərbi Hava Qüvvələri bu inkişafı təsdiq edərək, Ukraynaya təhvil verilən F-16-ların tamamilə işlək olmadığını, mühərriklər və radarlar kimi kritik komponentləri olmadığını, yalnız ehtiyat hissələri mənbəyi kimi göndərildiyini bildirib.

Bu təyyarələr Tuson şəhəri yaxınlığındakı "Davis-Monthan" aviabazasındakı 309-cu Aviasiya Texniki Qulluq və Yenidənqurma Qrupunun (AMARG) təyyarə qəbiristanlığından alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-16   Ukrayna  


Bizi "telegram"da izləyin