Tramp administrasiyası 1,01 trilyon dollarlıq milli təhlükəsizlik büdcəsi əldə etməyi hədəfləyir

2025/05/1746175049.jpg
Oxunub: 444     14:36     02 May 2025    
ABŞ prezidenti Donald Tramp oktyabrın 1-də başlayacaq 2026-cı maliyyə ili üçün milli təhlükəsizlik xərcləri ilə bağlı rekord məbləğdə 1,01 trilyon dollar tələb etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bu məbləğ cari illə müqayisədə 13% artım deməkdir.

Büdcənin diqqətəlayiq maddələri arasında "Qızıl Günbəz" raketdən müdafiə sistemi, gəmiqayırma, nüvə modernləşdirilməsi və sərhəd təhlükəsizliyi yer alır. Bundan əlavə, hərbi qulluqçuların maaşlarının 3,8% artırılması nəzərdə tutulur.

Pentaqonun xərclərini, həmçinin Energetika Nazirliyi və FBI kimi təhlükəsizliklə bağlı qurumlar üçün vəsaiti əhatə edən ümumi büdcə ABŞ-nin ümumi daxili məhsulunun təxminən 3,2%-nə bərabərdir.

Trump administrasiyasının "skinny budget" adlı layihəsi Konqresin 2026-cı il üçün ayırma işinə zəmin yaradacaq. Qanun layihəsində Pentaqonun müdafiə büdcəsi 961 milyard dollar müəyyən edilib. Bu rəqəm yanvarda təsdiq edilmiş 848,3 milyard dollarlıq büdcə ilə müqayisədə əhəmiyyətli artımdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Milli-Təhlükəsizlik   Büdcə  


Bizi "telegram"da izləyin