ASELSAN HHM sahəsində ildə 10-dan çox batareya istehsal etmək gücünə çatıb

2025/05/1746174980.jpg
Oxunub: 428     12:35     02 May 2025    
ASELSAN baş direktoru Ahmet Akyol Türkiyənin Hava Hücumundan Müdafiə (HHM) sahəsində yerli və milli istehsal imkanları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Akyol ASELSAN-ın 2025-ci ildən etibarən təkcə HHM sistemləri sahəsində ildə 10-dan çox batareya tədarük edəcək istehsal gücünə çatdığını açıqlayıb.

Ötən il çoxlu sistem tədarüklərinə başlandığını deyən Akyol bu sahədə istehsal tempinin gündən-günə artdığını vurğulayıb.

"Daha çox istehsal etmək üçün gücümüzü hər gün artırırıq", - deyə ASELSAN baş direktoru qeyd edib.

O bildirib ki, həm daxili təhlükəsizlik ehtiyaclarını, həm də dost və müttəfiq ölkələrin tələblərini qarşılamaqda mühüm hədd keçilib.

ASELSAN son dövrlərdə "Hisar" HHM ailəsi başda olmaqla, radar sistemləri, elektro-optik sensorlar və komanda-idarəetmə infrastrukturlarına etdiyi sərmayələrlə diqqət çəkib.

Şirkətin xüsusilə orta və uzun mənzilli HHM həlləri üçün ixrac potensialı da artır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   HHM   İstehsal  


Bizi "telegram"da izləyin