Ordu.az xəbər verir ki, müqavilə Fransanın müdafiə şirkəti "KNDS France" tərəfindən hazırlanmış yeni nəsil "VBCI Philoctète" modeli üçün ümumilikdə 280 avtomobil sifarişinin bir hissəsi kimi qəbul edilir.
Məlumdur ki, Fransa quru qoşunlarının hazırda 628 ədəd VBCI vasitəsi var. Bu 8×8 təkərli, 28 tonluq avtomobillər Əfqanıstan və Mali kimi xarici əməliyyatlarda səmərəli istifadə olunub.
VBCI bir sürücü və bir tuşlayıcı da daxil olmaqla, ümumilikdə 11 personalı daşımaq gücünə malikdir. 25 mm-lik avtomatik top və 12,7 mm-lik pulemyotla təchiz edilən avtomobil "Volvo D12" turbo dizel mühərriki ilə 100 km/saat sürətə çata bilir.
Yunanıstan tərəfi Fransadan gələn bu təklifi mövcud ABŞ istehsalı olan M113 zirehli vasitələrinin modernləşdirilməsindən daha cəlbedici hesab edir.
Sevinc Əliyeva
Ordu.az