Ordu.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Britaniya Müdafiə Qərargahının rəisi, admiral ser Toni Radakin xəbərdarlıq edib ki, ordunun sayının yenidən artmağa başlaması üç ilə qədər çəkə bilər.
Hökumətin son statistikasına görə, yanvar ayında Britaniya Silahlı Qüvvələrində 180 780 şəxsi heyət olub ki, onlardan da 127 040 nəfəri yeni orduya qəbul edilmiş hərbi qulluqçu kimi tam hərbi təlim alıb.
"Financial Times"ın verdiyi məlumata görə, ötən il Britaniya ordusunu 14 830 şəxsi tərk edib, cəmi 12 000 nəfər isə orduya qoşulub.
Bu məlumatlara görə, hər il orduda itkilər olur və Britaniya bu vəziyyətə çarə tapmağa çalışır.
Britaniya hökumətinin kadr böhranını həll etmək səylərinə, o cümlədən maaşların 6% artırılmasına baxmayaraq, hərbi qulluqçular xidməti tərk etməyə davam edirlər.
İyul ayında Britaniya Müdafiə Nazirliyi son 22 ildə ən böyük maaş artımını və əsas heyəti saxlamaq üçün əlavə ödənişləri açıqlayıb. Buna baxmayaraq, Britaniyadakı hərbi qulluqçular bütün dövlət qulluqçuları arasında ən aşağı maaş alanlar olaraq qalırlar.
Sevinc Əliyeva
Ordu.az