Ordu.az xəbər verir ki, bu barədə "Moscow Times" məlumat yayıb.
Məlumata görə, Belarusda belə bir obyektin yaradılması barədə qərar Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenkonun Volqoqradda keçirilən ikitərəfli görüşü zamanı qəbul edilib.
Putinin sözlərinə görə, Belarus ərazisində xüsusi ehtiyaclar üçün PUA-ların kütləvi istehsalına imkan verəcək istehsalat laboratoriyası inşa ediləcək.
Məlumata görə, layihə ayda 100 000 ədədə qədər məhsul istehsal etmək gücündə olacaq və istehsal prosesi hazırda Rusiyanın istifadə etdiyi texniki həllər üzərində cəmləşəcək, istehsalın tam yerliləşdirilməsini təmin edəcək.
Bildirilir ki, ötən il İran və Belarus arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair imzalanmış sazişdən sonra İran da bu layihədə iştirak edə bilər.
Sevinc Əliyeva
Ordu.az