Dağıstanda terror aktının qarşısı alınıb

2025/05/1746171911.jpg
Oxunub: 429     11:42     02 May 2025    
Rusiyanın Dağıstan Respublikasında terror aktının qarşısı alınıb.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, saxlanılan 59 yaşlı qadın beynəlxalq terror təşkilatının üzvüdür və mayın 9-da Xasavyurtda hüquq-mühafizə orqanlarının inzibati binasında partlayış törətməyi planlaşdırıb. O, bunun üçün kustar üsulla hazırlamış partlayıcı qurğudan istifadə etmək niyyətində olub.

Axtarış zamanı şübəlinin telefonundan kuratoru ilə apardığı yazışmalar üzə çıxıb; orada onlar terror aktına hazırlığı müzakirə ediblər.

Əməliyyat zamanı FTX əməkdaşları onun üzərindən kustar üsulla hazırlanmış partlayıcı qurğunun hazırlanması üçün nəzərdə tutulmuş komponentlər götürüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dağıstan   Terror  


Bizi "telegram"da izləyin