Ordu.az xəbər verir ki, bu hərəkət bazaya istismardan çıxarılacaq “A-10 Thunderbolt II” hücum təyyarəsini əvəz etməklə, öz döyüş missiyasını davam etdirməyə imkan verəcək.
Tramp aprelin 29-da Miçiqan qubernatoru Qretçen Vitmer, müdafiə naziri Pit Heqset və digər rəsmilərlə bazaya baş çəkib.
“Ali baş komandan olaraq, mən qürur hissi ilə bildirirəm ki, biz tezliklə istismardan çıxarılacaq “A-10 Warthog”ları dünyanın ən yaxşı döyüş təyyarələri olan 21 yeni “F-15EX Eagle II” döyüş təyyarəsi ilə əvəz edəcəyik”, - deyə ABŞ prezidenti qeyd edib.
Demokrat qubernator Vitmer uzun müddətdir ki, “Selfridge”in döyüş təyyarəsi missiyasını qoruyub saxlamağa çalışır. Milli Hava Qvardiyası daha öncə “Selfridge”i F-35A təyyarələrini yerləşdirmək üçün baza kimi seçməyib.
“Bu yenilənmə proqramını qeyd etmək üçün burada olmaqdan çox şadam. Bu, Miçiqanın iqtisadiyyatı, milli təhlükəsizliyimiz və gələcəyimiz üçün çox vacibdir”, - deyə Vitmer bildirib.
Sevinc Əliyeva
Ordu.az