Fransa yeni nəsil hücum məqsədli İDP-ni ilk dəfə açıq dənizdə real hədəf üzərində sınaqdan keçirib

2025/05/1746170413.jpg
Oxunub: 487     18:19     02 May 2025    
Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) yüksək intensivlikli döyüş hazırlığı çərçivəsində hazırladığı yeni nəsil hücum məqsədli İnsansız Dəniz Platformasını (İDP) ilk dəfə açıq dənizdə real hədəf üzərində sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, Tulon sahillərində keçirilən təlim zamanı Fransa HDQ-yə məxsus dəniz patrul gəmisindən idarə olunan İDP istismardan çıxarılan material daşıma desant gəmisinin gövdəsinə dəyib və onu partladıb.

Fransa HDQ-nin verdiyi açıqlamada bu sınağın dənizdən istiqamətləndirilən insansız sistemlərin sahədəki effektivliyini ölçmək məqsədi daşıdığı bildirilib.

Bu tədqiqat HDQ-nin döyüş hazırlığını gücləndirmək üçün həyata keçirdiyi ən aktual eksperimental fəaliyyətlərdən biridir.

Təlim 2021-ci ildə başlanılan və Fransada döyüş şəraitinə ən yaxın mühitdə hərbi sınaqların keçirilməsi məqsədi daşıyan POLARIS strateji hazırlıq proqramı çərçivəsində həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İDP  


Bizi "telegram"da izləyin