Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk nazirlikdə keçirilən həftəlik mətbuat brifinqində açıqlamalar verib.
Aktürk açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin təlim fəaliyyətlərini fasiləsiz davam etdirdiyini bildirib.
“Türkiyə Silahlı Qüvvələrimiz bütün əməliyyat və vəzifələri ilə yanaşı, öz effektivliyini və çəkindiriciliyini daha da gücləndirmək, şəxsi heyətin səriştəsini artırmaq üçün təlim fəaliyyətlərini fasiləsiz olaraq davam etdirir”, - deyə o qeyd edib.
Aktürk, həmçinin 17-ci “Langkawi” Beynəlxalq Dənizçilik, Aviasiya və Kosmos Sərgisi çərçivəsində Malayziyaya üzən və 29 aprel-1 may tarixləri arasında Omana liman səfəri edən “TCG Büyükada” gəmisinin 4-7 may tarixləri arasında Pakistanın Kəraçi limanına səfər edəcəyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az