ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini Marko Rubio icra edəcək

2025/03/1741975844.jpg
Oxunub: 713     00:38     02 May 2025    
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq Marko Rubio icra edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp məlumat verib.

“Marko Rubio Dövlət Departamentində güclü rəhbərliyini davam etdirməklə yanaşı, milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışacaq. Biz birlikdə Amerika və dünyanı yenidən təhlükəsiz etmək üçün yorulmadan mübarizəyə davam edəcəyik”, - deyə Tramp bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   Rubio  


Bizi "telegram"da izləyin