Tramp impiçmentə cəhd edən konqresmenlərin Konqresdən çıxarılmasını tələb edib

2025/04/1745642719.jpg
Oxunub: 404     08:47     02 May 2025    
ABŞ Prezidenti Donald Tramp ona qarşı impiçment prosedurunu başlatmağa çalışan Demokrat Partiyasının iki konqresmeninin Konqresdən xaric edilməsini tələb edib.

Ordu.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "X" hesabında yazıb.

"Demokratlar həqiqətən də nəzarətdən çıxıblar. Onlar hər şeyi, xüsusən də ağıllarını itiriblər! Bu radikal solçu axmaqlar “impeçment”ə başlamaq istəyirlər. İki naməlum və hörmətsiz konqresmen, iyirminci dəfə Donald Trampın “impiçment edilməsi” məsələsini qaldırırlar. Halbuki bunun səbəbi barədə özləri də bir şey bilmirlər", – deyə Tramp qeyd edib.

Tramp, Demokratları "ağlını itirmiş və nəzarətdən çıxmış" adlandıraraq, bu təşəbbüslərin siyasi təxribat xarakteri daşıdığını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İmpiçment   Konqresmen  


Bizi "telegram"da izləyin