KİV: ABŞ-ın vasitəçilikdən çəkilməsi Ukraynaya silah axınının dayanmasına səbəb ola bilər

2025/05/1746163356.jpg
Oxunub: 1057     07:46     02 May 2025    
ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçilikdən imtinası Ukraynaya silah axınının altı ay ərzində dayanmasına gətirib çıxara bilər.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu müddətdən sonra Ukrayna müasir hava hücumundan müdafiə sistemləri və Rusiya Silahlı Qüvvələrinin təchizat xətlərinə zərbə endirmək üçün istifadə olunan ballistik raketlərə çıxış imkanını itirəcək.

“Əgər amerikalılar hava hücumundan müdafiəni davam etdirməsələr, vəziyyət olduqca çətin olacaq”, — deyə məqalədə vurğulanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin