Almaniyanın şimalında partlayış baş verib

2025/05/1746163129.jpg
Oxunub: 575     06:57     02 May 2025    
Almaniyanın şimalında Timmen­dorfer-Ştrand kurort şəhərində liman yaxınlığında partlayış baş verib.

Ordu.az xəbər verir ki, bu barədə "Hamburger Morgenpost" qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, partlayışa səbəb hələ dəqiqləşdirilməyən şəraitdə qaz balonunun partlaması olub.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Partlayış  


Bizi "telegram"da izləyin