Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

2025/05/1746162038.jpg
Oxunub: 348     23:45     01 May 2025    
Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Ordu.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan Noel Baro "Frans Press" agentliyinə müsahibəsində deyib.

Yeni sanksiyalar Rusiyanı Ukraynada atəşi dayandırmaqdan imtinası və bu məsələdə ABŞ-dən dəstək alacağına ümid edəcəyi halda tətbiq ediləcək.

“Biz, avropalılar, Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə ABŞ-nin bu təşəbbüsünü dəstəkləyəcəyik və dünən mən ABŞ senatoru Lindsi Qrem qarşısında öhdəlik götürdüm ki, sanksiya paketinin həm mahiyyətini, həm də vaxtını koordinasiya edək”, - Baro bildirib.

Bundan əvvəl respublikaçı senator Lindsi Qrem Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsini təklif etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Rusiya  


Bizi "telegram"da izləyin