Vens: "ABŞ yaxın 100 gün ərzində Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasına çalışacaq"

2025/01/1738301262.jpg
Oxunub: 506     20:29     01 May 2025    
ABŞ administrasiyası qarşıdakı 100 gün ərzində Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasına çox fəal şəkildə çalışacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, irəli sürülən sülh təşəbbüsü tərəfləri bir masa arxasında toplamaq yolunda ilk addım olub.

“Gələcək 100 gün ərzində tərəfləri danışıqlar masasına əyləşdirmək üçün çox aktiv çalışacağıq”, – deyə ABŞ-ın vitse-prezidenti vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ  


Bizi "telegram"da izləyin