İran XİN: Vaşinqtonun sanksiya təzyiqinə müqavimət göstərəcəyik

2025/04/1745297763.jpg
Oxunub: 471     16:35     01 May 2025    
ABŞ-nin İrana qarşı sanksiyaları inkişaf etməkdə olan ölkələr arasındakı münasibətləri pozmağa yönəlib, Tehran Vaşinqtonun iqtisadi təzyiqinə müqavimət göstərəcək.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İran XİN-in nümayəndəsi İsmayıl Bəqai bildirib.

İ.Bəqai qeyd edib ki, Xarici İşlər Nazirliyi İran və bir sıra digər dövlətlərin fiziki və hüquqi şəxslərinə qarşı ABŞ-nin yeni sanksiyalarını qətiyyətlə pisləyir.

O bildirib ki, ABŞ-nin son məhdudlaşdırıcı tədbirləri Vaşinqtonun "iqtisadi terrorizm vasitəsilə inkişaf etməkdə olan ölkələr arasında dostluq münasibətlərini pozmağa" çalışdığını göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN  


Bizi "telegram"da izləyin