Ordu.az xəbər verir ki, bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Əmirlik tərəfinin səyləri sayəsində 246 rusiyalı hərbçi Pasxa bayramı ərəfəsində (19 apreldə) vətənə qayıda bilib”, - məlumatda qeyd olunur.
Bundan əvvəl Rusiya və Ukraynanın hərbi qulluqçuların meyitlərinin mübadiləsini apardığı bildirilmişdi. 41 nəfərin meyiti Rusiya tərəfinə, 909 hərbçinin meyiti isə Ukrayna tərəfinə qaytarılıb.
Ordu.az