Ukrayna Xerson bazarına dronlarla zərbə endirib, 7 nəfər ölüb, 20-dən çox yaralı var

2024/10/1729061421.jpg
Oxunub: 467     13:25     01 May 2025    
Ukrayna Silahlı Qüvvələri (SQ) FPV-dronları vasitəsilə Xerson vilayətinin Alyoşki şəhərindəki bazara kütləvi zərbə endirib, yeddi nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Ordu.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə regionun Rusiya nəzarətində olan hissəsinin başçısı Vladimir Saldo bildirib.

"Moskva vaxtı ilə təxminən 09:30-da Alyoşkidə mərkəzi bazar ərazisinə Ukrayna Silahlı Qüvvələri FPV dronları ilə kütləvi zərbə endirib. İlkin məlumatlara görə, azı 7 nəfər həlak olub, 20-dən çox insan yaralanıb", - o qeyd edib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin