Ordu.az xəbər verir ki, Türkiyənin hərbi xərclərinin 2015-2024-cü illərdə 110% artdığı, təkcə 2024-cü ildə əvvəlki ilə nisbətən 12% artaraq, 25 milyard dollara çatdığı bildirilib.
SIPRI hesabatına görə, dünya üzrə hərbi xərclər ötən illə müqayisədə real ifadədə 9,4% artaraq, bütün zamanların ən yüksək səviyyəsinə - 2,718 trilyon dollara çatıb.
Bu rekord artımda xüsusilə Avropa və Yaxın Şərqdəki geosiyasi gərginliyin təsirli olduğu vurğulanıb. Malta istisna olmaqla, Avropanın bütün ölkələri hərbi xərclərini artırıb, bu artım Rusiya-Ukrayna müharibəsi və NATO-nun gələcəyi ilə bağlı narahatlıqlar səbəbindən baş verib. Təkcə Avropada artım 17% olaraq qeydə alınıb.
Türkiyənin hərbi xərclərinin 2015-2024-cü illərdə 110% artdığı və təkcə 2024-cü ildə əvvəlki ilə nisbətən 12% artaraq, 25 milyard dollara çatdığı ifadə edilib.
2024-cü ildə hərbi xərclərin ən çox olduğu 5 ölkə bunlardır:
ABŞ (997 milyard dollar)
Çin (314 milyard dollar)
Rusiya (149 milyard dollar)
Almaniya (88,5 milyard dollar)
Hindistan (86,1 milyard dollar)
Bu beş ölkənin birgə xərcləri qlobal hərbi xərclərin 60%-ni təşkil edib. 2024-cü ildə ABŞ-nin hərbi xərcləri NATO-nun ümumi xərclərinin 66%-ni və qlobal ümumi xərclərin 37%-ni təşkil edib. 2015-2024-cü illərdə ölkənin ümumi artımı 19% təşkil edib.
Sevinc Əliyeva
Ordu.az