Putin Volqoqrad beynəlxalq hava limanına “Stalinqrad” adının verilməsi barədə fərman imzalayıb

2024/10/1729788268.jpg
Oxunub: 425     01:21     30 Aprel 2025    
Rusiya Prezidenti Vladimir Putin Volqoqrad beynəlxalq hava limanına “Stalinqrad” tarixi adının verilməsi barədə fərman imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“1941–1945-ci illər Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin əbədiləşdirilməsi məqsədilə Volqoqrad beynəlxalq hava limanına 'Stalinqrad' tarixi adının verilməsi qərara alınır”, -Fərmanda bildirilir:

Qeyd edək ki, Stalinqrad döyüşü İkinci Dünya Müharibəsinin ən mühüm dönüm nöqtələrindən biri sayılır və bu adın hava limanına verilməsi simvolik əhəmiyyət daşıyır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Volqoqrad   Stalinqrad  


Bizi "telegram"da izləyin