Ordu.az xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Əş-Şibani bildirib, onun çıxışının videosunu SANA informasiya agentliyi yayımlayıb.
“Bu gün Suriyaya qarşı sanksiyalar keçmiş rejimin qurbanlarının cəzalandırılmasıdır. Biz onların ləğv edilməsinə çağırırıq”, – XİN başçısı Nyu-Yorkda BMT Baş Assambleyasının üzvləri qarşısında çıxışı zamanı söyləyib.
“Mövcud sanksiyalar Suriyanın yeni hökumətinin işinə mane olur, onlar gələcək münaqişələri qabaqlamaq qabiliyyətimizi zəiflədir”, – Əş-Şibani vurğulayıb.
Ordu.az