Ordu.az-ın məlumatına görə, bu barədə xəbəri “Times of India” yayıb.
Bildirilib ki, müvafiq qərar ölkənin hərbi rəhbərliyi ilə müşavirədə qəbul edilib. N.Modi bu addımı ölkənin müstəqil hüququ adlandırıb.
O da bildirilib ki, hər iki ölkə arasında vəziyyətin gərginləşməsi fonunda aprelin 30-da Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Qeyd edək ki, aprelin 22-də baş verən terror aktı nəticəsində 26 nəfər həlak olub.
Ordu.az