Britaniya “Typhoon”larda istifadə edilən EJ200 mühərriklərinə texniki xidmət və təmiri əhatə edən yeni razılaşma əldə edib

2025/04/1745824601.jpg
Oxunub: 405     11:16     01 May 2025    
Böyük Britaniyanın Müdafiə Nazirliyi Kral Hərbi Hava Qüvvələrinin “Typhoon” döyüş təyyarələrində istifadə edilən EJ200 mühərriklərinə texniki xidmət və təmiri əhatə edən yeni müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, 563 milyon funt-sterlinq (təxminən 700 milyon dollar) dəyərində müqavilə “Rolls-Royce”a verilib.

“Find a Tender” platformasında dərc edilən müqavilə elanına əsasən, “Rolls-Royce” bu sahədə yeganə tədarükçü kimi müəyyən edilib.

Bildirilib ki, bu qərar şirkətin “Eurojet” konsorsiumu çərçivəsində davam edən nüfuzlu rolunu əks etdirir.

Sözügedən elanda aşağıdakı ifadələr yer alıb: “Rolls-Royce” Britaniyada bu xidmətləri yerinə yetirmək üçün tələb olunan mütəxəssis biliyinə, avadanlıq və alətlərə malik yeganə iqtisadi operatordur”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Typhoon  


Bizi "telegram"da izləyin