İranda 14 ölü, 750 yaralının olduğu partlayış bölgəsində fövqəladə vəziyyət elan edilib - YENİLƏNİB

2025/04/1745659857.jpg
Oxunub: 2334     00:16     26 Aprel 2025    
İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İsgəndər Momeni bildirib.

"Şəhid Rəcai Limanında partlayışın səbəbinin nə olduğunu açıqlayacağıq və məsuliyyət daşıyanlara qarşı qanuni tədbirlər görəcəyik. Limanın əsas sistemləri zədələnməyib, gömrük əməliyyatları davam etdirilir. Yaxın bir neçə saat ərzində yanğını söndürəcəyimizə ümid edirik . Ölənlərin və yaralıların sayının artacağı ehtimalı var.", - o deyib.

***

İran Bəndər Abbas limanında bu gün baş verən güclü partlayışdan sonra hələ də yanğının qarşısını ala bilməyib.

Ordu.az xəbər verir ki, məlumata görə yanğın genişlənməkdə davam etdiyi üçün əlavə partlayışlar qorxusu ilə tam təxliyə əmri verilib.

***

İranın Səhiyyə Nazirliyi Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Bəndər Abbasda ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Nazirlik, “ammiak, kükürd dioksidi və azot dioksidi” də daxil olmaqla təhlükəli çirkləndiricilərin yayılması barədə xəbərdarlıq edib.

Nazirlik fövqəladə hallara cavab qruplarının yaradılmasını əmr edib.

Sakinlərə evdə qalmaq, açıq fəaliyyətlərdən çəkinmək və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.

Həssas qruplara, o cümlədən tənəffüs və ya ürək xəstəlikləri olan insanlara, uşaqlara, hamilə qadınlara və yaşlılara N95 və ya P2 maskaları taxmaq tövsiyə olunub.

Səlahiyyətlilər həmçinin tez-tez üz yuyulmasını və qoruyucu geyimlərdən istifadə etməyi tövsiyə ediblər.

Qeyd edək ki, partlayış nəticəsində azı 8 nəfər ölüb, 750-dən çox insan yaralanıb. Partlayışın səbəbi kimi limanda saxlanılan təhlükəli kimyəvi maddələrin, o cümlədən raket yanacağı üçün istifadə olunan natrium perxloratın düzgün saxlanılmaması göstərilir. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Yanğın hələ də tam söndürülməyib. Liman ərazisində yanğının intensivliyi xeyli artıb.

***

Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas rayoununun “Şəhid Rəcai” limanında baş verən partlayışdan sonra 6 nəfər itkin düşüb.

Ordu.az-ın məlumatına görə, bunu İranın Hörmüzqan vilayəti polis rəisi Əli Əkbər Cavidan verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, bu gün günorta saatlarında Şəhid Rəcai limanında güclü partlayış baş verib. Partlayışdan sonra baş verən yanğını hələ də söndürmək mümkün olmayıb. Üstəlik yanğın daha da geniş vüsət alıb.

Əlavə edək ki, bugünkü partlayış nəticəsində 8 nəfər ölüb, xəsarət alanların sayı 750 keçib.

***

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə IRIB telekanalının efirində bildirib.

"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Xəsarət alanların sayı artmaqda davam edir, lakin bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər", - Həsənzadə qeyd edib.

Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.

Bu barədə Ordu.az İran KİV-inə istinadən xəbər verir.

"Hazırda Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində dörd nəfərin öldüyü təsdiqlənib", - IRIB telekanalı bildirib.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb.

Ordu.az xəbər verir ki, bu barədə təcili tibbi yardım xidmətinin nümayəndəsi Babok Yektaparast məlumat verib.

***

İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın yerli hakimiyyət orqanları məlumat yayıblar.

“İlkin məlumatlara görə, partlayış təhlükəli yüklər və kimyəvi maddələr anbarında baş verib”, - limanın yerləşdiyi Bəndər Abbas şəhərinin gömrük idarəsindən bildirilib.

Hazırda post öz işini dayandırıb.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

Ordu.az-ın "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.

Ordu.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb.

Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb.

Ordu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.

"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib.

***

İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.

Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.

Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər.

Qeyd edək ki, İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.

***

İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında güclü partlayış baş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Səbəb, itkilər barədə məlumat verilməyib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Partlayış  


Bizi "telegram"da izləyin