Qəzzada bir sutkada azı 78 nəfər həlak olub

2025/04/1744348233.jpg
Oxunub: 5121     06:58     26 Aprel 2025    
İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində azı 78 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Xidməti məlumat yayıb.

Qurumun açıqlamasına görə, azı 78 nəfər İsrailin hücumları nəticəsində həyatını itirib, daha 6 nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

Həmçinin bildirilib ki, son sutkada 168-dən çox yaralı xəstəxanalara yerləşdirilib. Bununla yanaşı, hava zərbələri nəticəsində dağılan binaların altında hələ də çox sayda yaralının olduğu, lakin təcili tibbi yardım əməkdaşlarının onlara çata bilmədiyi qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin