Ordu.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Məlumata görə, məhkəmə həbs müddəti ilə yanaşı, 36 yaşlı Santosun 374 min dollar təzminat ödəməsi barədə qərar qəbul edib.
2024-cü ilin avqustunda Santos seçkiöncəsi kampaniya vəsaitlərini şəxsi məqsədlərə, o cümlədən bahalı dizayner geyimlərinə minlərlə dollar xərclədiyini etiraf edib. O, işləməsinə baxmayaraq, pandemiya zamanı işsizlik müavinəti alıb. Bundan əlavə, Santos gəlirləri ilə bağlı Konqresə yalan məlumat verib.
2023-cü ilin sonunda Santos tarixdə Konqresin aşağı palatasından qovulan altıncı konqresmen olub.
Ordu.az