Nigeriyada silahlıların hücumu nəticəsində 20 nəfər ölüb

2025/04/1745596484.jpg
Oxunub: 534     19:47     25 Aprel 2025    
Nigeriyanın şimal-qərbində silahlıların kəndə hücumu nəticəsində azı 20 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli sakinlərə istinadən məlumat yayıb.

“Cümə axşamı gündüz saatlarda yüzlərlə silahlı şəxs şaxtaçılara atəş açıb, bundan sonra Zamfara ştatının Maru yerli idarəetmə bölgəsindəki Qobirava Çali şaxtaçı kəndində atışma baş verib və nəticədə 20-dən çox adam ölüb”, - agentlik xəbər verib.

Qeyd edək ki, Zamfara ştatında pul əldə etmək üçün adam oğurluğu adi hadisəyə çevrilib.

Bununla belə, hücumun mümkün motivləri ilə bağlı təfərrüatlar məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Hücum  


Bizi "telegram"da izləyin