Rusiya XİN: General Moskalikin qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli olduğunu düşünməyə əsas var

2025/04/1744129447.jpg
Oxunub: 500     19:20     25 Aprel 2025    
General Yaroslav Moskalikin qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli olduğunu düşünməyə əsas var.

Ordu.az xəbər verir ki ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Qətldə Ukrayna xüsusi xidmət orqanlarının əli olduğunu düşünməyə əsas var, xüsusən ona görə ki, Yaroslav Moskalik onlara Ukraynanın cənub-şərqində münaqişənin nizamlanması üzrə Minsk Təmas Qrupunda və “Normand formatı”nda işlədiyi vaxtdan onlara məlum idi. Əgər istintaq bu işdə Ukrayna izini təsdiqləsə, bu, bir daha dünya ictimaiyyətinə “Kiyev rejiminin barbar və xain mahiyyətini” nümayiş etdirəcək”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volksvgen” avtomobili partlayıb. Güclü partlayış nəticəsində avtomobilin yaxınlığından keçən bir nəfərin həlak olduğu bildirilib. Rusiya mətbuatı bir qədər sonra partlayış nəticəsində həlak olan şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytnant Yaroslav Moskalik olması barədə məlumat yayıb. 59 yaşlı generalın 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN  


Bizi "telegram"da izləyin